—

Gürcüstan prezidenti Belarus prezidentinin işğal olunmuş Abxaziya səfər etməsinə münasibət bildirib

741
Gürcüstan prezidenti Belarus prezidentinin işğal olunmuş Abxaziya səfər etməsinə münasibət bildirib
Dinləmək üçün basın

Gürcüstan prezidenti Salome Zurabişvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini "qətiyyətlə pisləyir" və bunu "yolverilməz pozuntu"_ kimi qiymətləndirir.

Gürcüstan prezidenti Salome Zurabişvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini "qətiyyətlə pisləyir" və bunu "yolverilməz pozuntu"_ kimi qiymətləndirir.

InterPress.ge xəbər verir ki, Salome Zurabişvili "Twitter"də müvafiq bəyanat yayıb.

"Mən Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunun, bizim ikitərəfli münasibətlərimizin və beynəlxalq hüququn prinsiplərinin qəbuledilməz pozuntusudur", - Gürcüstan prezidenti yazıb.

Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya səfər edib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb. Görüşdə Lukaşenko qeyd edib ki, dünən Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə Abxaziya məsələsi müzakirə olunub. Onun sözlərinə görə, onlar Abxaziya ilə təkcə "dostluq körpüsü" qurmaq deyil, həm də çox ciddi münasibətlər qurmaq istəyirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →