—

Britaniya kəşfiyyatı: "Putin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını rəsmən elan edə bilər"

899
Britaniya kəşfiyyatı: "Putin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını rəsmən elan edə bilər"
Dinləmək üçün basın

“Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”.

“Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”.

InterPress.ge xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır: “O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir”.

Böyük Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, Kreml rəhbərliyi qismən səfərbərliyin “xüsusi hərbi əməliyyata” bəraət qazandıracağını və vətənpərəvrlik ruhunu yüksəldəcəyini düşünür.

Xatırladaq ki, V.Putinin sentyabrın 21-də xalqa müraciətindən sonra Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Zaporejye kimi bölgələrində referendumlar başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →