—

Bayden Rusiyanın “referendum”larına münasibət bildirdi

664
Bayden Rusiyanın “referendum”larına münasibət bildirdi
Dinləmək üçün basın

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın işğal altındakı bölgələrində keçirdiyi “referendum”ların nəticələrini tanımayacağını elan edib.

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın işğal altındakı bölgələrində keçirdiyi “referendum”ların nəticələrini tanımayacağını elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlarla bağlı bəyanatında bildirilib.

“Rusiyanın referendumları uydurmadır - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd etmək üçün saxta bəhanədir. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyaya əlavə sürətli və ciddi iqtisadi sanksiyalar tətbiq etməyə çalışacağıq. Birləşmiş Ştatlar Rusiyanın elan edəcəyi hər hansı uydurma nəticələri rədd etməkdə dünya üzrə tərəfdaşlarımızla və BMT nizamnaməsinin əsas prinsiplərinə hörmət edən hər bir dövlətin yanındadır. Biz Ukrayna xalqını dəstəkləməyə və Rusiyanın işğalına cəsarətlə müqavimət göstərmələrinə kömək etmək üçün onlara təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik”, - bəyanatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →