—

Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər

1,116
Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər
Dinləmək üçün basın

Rusiyada ölkədən çıxışa nəzarət gizli şəkildə gücləndirilib.

Rusiyada ölkədən çıxışa nəzarət gizli şəkildə gücləndirilib.

InterPress.ge xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik barədə fərmanından sonra kişilərin ölkədən kütləvi qaçışı başlayıb.

Bu səbəbdən də Moskva hava limanlarında səfər etmək istəyən kişi sərnişinlərin yoxlanmasına başlanılıb.

Gürcüstana uçan sərnişinlərdən birinin sözlərinə görə, pasport nəzarətində olan sərhədçilər gəncləri “dindirmə”yə aparır, hərbi biletlərini yoxlayırlar. İnsanın hara və niyə uçduğu, hətta biletlərin nə vaxt alındığı ilə də maraqlanırlar.

Lakin indiyədək həbs edilərək hərbi komissarlığa göndərilən olmayıb.

Müsahiblərdən biri bildirib ki, hərbi bileti olmayan bir şəxsi buraxmaq istəməyiblər, lakin o, çətinliklə də olsa, sonda uçmağı bacarıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →