—

Yens Stoltenberq: "Putin "təhlükəli və ehtiyatsız" nüvə ritorikasından istifadə edir"

427
Yens Stoltenberq: "Putin "təhlükəli və ehtiyatsız" nüvə ritorikasından istifadə edir"
Dinləmək üçün basın

NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putini "təhlükəli və ehtiyatsı" nüvə ritorikasından istifadə etdiyinə görə tənqid edib.

NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putini "təhlükəli və ehtiyatsı" nüvə ritorikasından istifadə etdiyinə görə tənqid edib.

InterPress.ge xəbər verir ki, Stoltenberq Reuters agentliyinə müsahibəsində nüvə müharibəsinin heç vaxt baş verməməli olduğunu və Putinin çıxışının müharibənin onun planlarına uyğun getmədiyini və sözlərinin gözlənilməz olmadığını göstərdiyini bildirib.

Eyni zamanda, NATO lideri Putinin Ukraynada səhv hesablamalar apardığını və səhvə yol verdiyini qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar rus qoşunlarının kifayət qədər təchiz olunmadığının sübutudur.

NATO-nun baş katibinin fikrincə, daha çox hərbçinin olması istər-istəməz münaqişənin genişlənməsinə gətirib çıxaracaq.

Baş katib əlavə edib ki, NATO Ukraynaya görünməmiş dəstək verib, silah və sursat istehsalını artırmaq üçün müdafiə sənayesi ilə sıx dialoq aparır.

Stoltenberq Ukraynadakı müharibənin danışıqlar masası arxasında Kiyev üçün məqbul olan razılaşma ilə başa çatacağına ümid etdiyini bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →