—

“Sakartvelo Bank”a girən soyğunçu 3 saat vaxt verdi

2,936
 “Sakartvelo Bank”a girən soyğunçu 3 saat vaxt verdi
Dinləmək üçün basın

Kutaisidə “Sakartvelo Bank”a girən soyğunçu 2 milyon dollar tələb edir və pulu gətirmək üçün 3 saat vaxt qoyub.

Kutaisidə “Sakartvelo Bank”a girən soyğunçu 2 milyon dollar tələb edir və pulu gətirmək üçün 3 saat vaxt qoyub. 

InterPress.ge xəbər verir ki, sözügedən tələbi silahlı şəxs girovlardan birinin sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Bundan əlavə, videoda soyğunçu partlayıcı qurğunu göstərib və onun filialın divarlarından birində bərkidilmiş olduğu güman edilir.

Məlumat üçün bildirək ki, Kutaisi şəhərinin Rustaveli küçəsində xüsusi əməliyyat keçirilir. Mövcud məlumata görə, “Sakartvelo Bank”a silahlı soyğunçu daxil olub. Təsdiqlənməmiş məlumata görə, on nəfərə yaxın adam bankdadır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ətrafı mühasirəyə alıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →