—

SON DƏQİQƏ! Sakartvelo Bankı qarət edənlə polis arasında silahlı atışma oldu

878
SON DƏQİQƏ! Sakartvelo Bankı qarət edənlə polis arasında silahlı atışma oldu
Dinləmək üçün basın

Sakartvelo Bankın Kutaisidəki filialına soxulan silahlı şəxs 2 milyon lari tələb edir.

InterPress.ge xəbər verir ki, soyğunçu 2 milyon lari qarşılığında bankdakı insanları azad edəcəyini vəd edir.

“Bizə dedilər ki, soyğunçu 2 milyon pul tələb edir.  O, bir neçə nəfəri girov götürüb.  Ərazi sarı lentlə əhatə olunub, ora daxil olmağa icazə verilmir”, - deyə hadisə yerində olanlardan biri deyib.

Həmçinin, şahidin sözlərinə görə, atəş səsləri eşidilib. Lakin xəsarət alan olmayıb.  Hüquq-mühafizə orqanlarının əməkdaşları girovladan birini sağ-salamat çıxarıblar.

Kutaisi şəhərinin Rustaveli küçəsində bir neçə saatdır ki, xüsusi əməliyyat keçirilir.  

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →