Bu ilin 7 ayında Gürcüstanda 96 zorlama faktı qeydə alınıb, onlardan 61-nin üstünü hüquq-mühafizə orqanlarının əməkdaşları açıb.
lnterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, yanvar-iyul aylarında cinsi azadlıq və toxunulmazlıq əleyhinə ümumilikdə 269 fakt qeydə alınıb.
Sözügedən hallara zorlama ilə yanaşı, cinsi hərəkətlər kimi cinayət növləri də daxildir.
Yanvar-iyul aylarında Gürcüstanda ümumilikdə 33 058 qeydə alınmış cinayət hadisəsi qeydə alınıb, onlardan 1 867 faktın (56,49%) açılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.
