—

Azərbaycan MN: "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub"

738
Azərbaycan MN: "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub"
Dinləmək üçün basın

"Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən…

"Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur", - deyə məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →