—

Polis xarici ölkə vətəndaşlarının avtomobillərindən əşya və pul oğurlayan 2 nəfəri saxladı

382
Polis xarici ölkə vətəndaşlarının avtomobillərindən əşya və pul oğurlayan 2 nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş şəxsləri:1969-cu il təvəllüdlü D.Q. və 1971-ci il təvəllüdlü İ.P -ni mütəşəkkil dəstə tərəfindən çoxsaylı oğurluqda ittiham…

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş şəxsləri:1969-cu il təvəllüdlü D.Q. və 1971-ci il təvəllüdlü İ.P -ni mütəşəkkil dəstə tərəfindən çoxsaylı oğurluqda ittiham edərək Kazbeqi bələdiyyəsində saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər skaner vasitəsilə xarici ölkə vətəndaşlarına məxsus avtomobilləri açıblar, oradan şəxsi əşyaları və pulları oğurlayıblar.

Aparılan istintaq tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsləri saxlayıb. Oğurlanmış əşyalar və pul maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinin “B” yarımbəndi və 3-cü hissəsinin “A” yarımbəndi ilə aparılır.

Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →