—

Marneulidə polis avtomobili qəza törətdi - Yaralılar var - FOTO

3,845
Marneulidə polis avtomobili qəza törətdi - Yaralılar var - FOTO
Dinləmək üçün basın

Marneulidə ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, hadisə Şulaver kəndində qeydə alınıb.

Məlumata görə, Ford ilə Şkoda markalı polis avtomobili toqquşub.

Ford-un sürücüsünün sözlərinə görə, yolda hərəkət edərkən polis avtomobili onun qarşısına çıxıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupu cəlb olunub.

Qəza nəticəsində Ford-da olan üç nəfər yaralanıb. Yaralılar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →