lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Ozurqetidə qonşusu - 1967-ci il təvəllüdlü şəxsi döş qəfəsindən soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı qadın xəstəxanaya çatdırılıb, ona müvafiq tibbi yardım göstərilib.
Polis V.M.- nı təqsirləndirilən şəxs qismində saxlayıb. Cinayət silahı maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhdi nəzərdə tutan 19-108-ci maddəsi ilə aparılır”, - deyə məlumatda qeyd olunub.
Qed edək ki, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
