—

“Azərbaycanın Dostları” Birliyi İsveçrədə festivalın əsas hadisəsi adlandırılıb

463
“Azərbaycanın Dostları” Birliyi İsveçrədə festivalın əsas hadisəsi adlandırılıb
Dinləmək üçün basın

“Azərbaycanın Dostları” Birliyi Azərbaycanın İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil edib.

“Azərbaycanın Dostları” Birliyi Azərbaycanın İsveçrədə keçirilən milli geyim və rəqs festivalında uğurla təmsil edib.

InterPress.ge xəbər verir ki, festivalda Azərbaycan, İspaniya, Portuqaliya, Finlandiya, Ukrayna, Sri-Lanka və digər ölkələrin milli-mədəni birlikləri iştirak edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Bakıdan dəvət olunan “Ritm” rəqs qrupu festivalda “Yallı”, Sarı gəlin”, “İgidlər”, “Azərbaycan naxışları”, “Odlar yurdu” və digər milli rəqslərimizi təqdim ediblər. Milli adət-ənənələrimizi əks etdirən bu rəqslər tamaşaçılarda böyük rəğbət doğurub.

Təşkilatçılar Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyini festivalın əsas hadisəsi adlandırıblar və yüksək sənət nümunəsi nümayiş etdirən “Ritm” rəqs qrupuna xüsusi minnətdarlıqlarını bildiriblər.    

Qeyd edək ki, bu festival güləş üzrə İsveçrə çempionatı ərəfəsində təşkil olunub. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →