—

Rusiya Gürcüstan və bir sıra ölkələrdə rusdilli əhalinin hüquqlarının müdafiəsini nəzərə alacaqlarını bildirir

895
Rusiya Gürcüstan və bir sıra ölkələrdə rusdilli əhalinin hüquqlarının müdafiəsini nəzərə alacaqlarını bildirir
Dinləmək üçün basın

Rusiya prezidenti Vladimir Putin Rusiyanın xaricdə humanitar siyasətinin konsepsiyasını təsdiqləyib.

InterPress.ge xəbər verir ki, bu barədə "Exokavkaza" məlumat verib.

Sənəddə qeyd edilib ki, Rusiyanın xaricdəki humanitar siyasətinin prioriteti MDB ölkələri və Abxaziya, Çxinvali vilayəti, Donetsk və Luqansk xalq respublikaları ilə əməkdaşlığın genişləndirilməsi olacaq.

Konsepsiyada həmçinin qeyd olunub ki, Latviya, Litva, Estoniya, Gürcüstan və Moldova ilə münasibətlərdə bu ölkələrdə rusdilli əhalinin hüquqlarının müdafiəsi nəzərdə tutulur.

“Rusiya Federasiyası xaricdə yaşayan həmvətənlərə öz hüquqlarını həyata keçirməkdə, maraqlarını qorumaqda və rus mədəni identikliyini qorumaqda dəstək verir”, - deyə konsepsiyanın mətnində deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →