Türkiyənin Şırnakın İdil rayonunda arvadını və 3 uşağını öldürən kişi daha sonra polisə gedərək təslim olub.
lnterPress.ge xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Həmin şəxs 13, 16 və 17 yaşlı qızlarını tüfənglə qətlə yetirib.
Həsən Karaaslanın saxlanılması zamanı hadisə yerinə gələn polislər 4 cəsəd tapıblar.
Məlumata görə, ana və üç azyaşlı baş nahiyəsindən güllə yarası alıb.
Hadisə ilə bağlı istintaq davam edir.
