Türkiyənin Qaziantep əyalətində baş verən yol qəzası nəticəsində ölənlər arasında 2 jurnalist, 3 yanğınsöndürən və 4 tibb işçisi var.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Mövcud məlumata görə, “İhlas” agentliyinin jurnalistlərinin avtomobili, təcili yardım və yanğınsöndürən bir-biri ilə toqquşub, nəticədə 16 nəfər ölüb, 21 nəfər yaralanıb.
Ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, Qaziantepdə baş verən yol qəzası ilə bağlı Nizif Baş Prokurorluğu araşdırmalara başlayıb.
