—

Aİ Gürcüstana çağırış etdi

1,380
Aİ Gürcüstana çağırış etdi
Dinləmək üçün basın

Biz Gürcüstandakı bütün maraqlı tərəfləri bütün müvafiq qeyri-hökumət təşkilatlarının dəvət olunmasını və bütün işçi qrupların, o cümlədən seçki islahatları üzrə işləyən qrupun fəaliyyətində əsaslı şəkildə iştirak etmək…

Biz Gürcüstandakı bütün maraqlı tərəfləri bütün müvafiq qeyri-hökumət təşkilatlarının dəvət olunmasını və bütün işçi qrupların, o cümlədən seçki islahatları üzrə işləyən qrupun fəaliyyətində əsaslı şəkildə iştirak etmək imkanı verilməsini təmin etməyə çağırırıq.

InterPress.ge xəbər verir ki, bu barədə  Aİ-nin Gürcüstandakı Nümayəndəliyi tərəfindən yayılan bəyanatda deyilir.

“Vətəndaş cəmiyyəti təşkilatlarının qərarların qəbulu prosesinə cəlb edilməsi ilə bağlı 10 nömrəli prioritet parlamentdə aparılan işlərə xüsusilə aiddir”, - bəyanatda deyilir.

Xatırladırıq ki, “Ədalətli seçkilər” qeyri-hökumət təşkilatının dünən Parlamentdə ilk iclası keçirilən “Seçki Məcəlləsi”nə yenidən baxılması üçün yaradılmış işçi qrupunda iştirakına icazə verilməyib. Bu barədə jurnalistlərə işçi qrupun rəhbəri Qivi Mikanadze məlumat verib və qərarın səbəbini açıqlayıb. Onun sözlərinə görə, “Ədalətli seçkilər” baş nazirin vəzifədən azad edilməsi tələbinə qoşulanda neytrallığını itirib. Mikanadzenin sözlərinə görə, “Ədalətli seçkilər” 2020-ci ilin paralel hesablamalarının nəticələrini saxtalaşdıran, 7 həftə ərzində gizlədən və bununla da ölkənin imicinə xələl gətirən təşkilatdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →