—

İrakli Ğaribaşvili Nikol Paşinyanla görüşüb

462
İrakli Ğaribaşvili Nikol Paşinyanla görüşüb
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təkbətək görüşdə Gürcüstan və Ermənistan Respublikasının baş nazirləri iki ölkə arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərini nəzərdən keçiriblər.

Onların məlumatlarına görə, söhbət zamanı Gürcüstan və Ermənistan Respublikası arasında ticarət-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlığa toxunulub. Mövcud sıx tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. İrakli Ğaribaşvili İrəvanda baş verən faciəyə görə Nikol Paşinyana başsağlığı verib.

Görüşdə, o cümlədən Ermənistan və Azərbaycan respublikalarının xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşündə də regionda sülhün və sabitliyin təşviqində Gürcüstanın mühüm rolu və səyləri qeyd edilib. İrakli Ğaribaşvili və Nikol Paşinyan regiondakı hazırkı vəziyyətdən danışıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →