—

Daxili İşlər Nazirliyi Marneulidə baş verən cinayətlə bağlı açıqlama yaydı

2,190
Daxili İşlər Nazirliyi Marneulidə baş verən cinayətlə bağlı açıqlama yaydı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü R.B.-ni qəsdən adam öldürmə ittihamı ilə…

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü R.B.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırmalardan sonra müəyyən edilib ki, təqsirləndirilən şəxs 1991-ci il təvəllüdlü İ.A.-ya keçmiş münaqişə zəminində yaranmış mübahisə zəminində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.

Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində polis R.B-ni şübhəli şəxs qismində saxlayıb.

Hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürüblər.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →