—

Yens Stoltenberq: "Rusiyanın Zaporojye AES-nı ələ keçirməsi ərazidə nüvə qəzasının baş verməsi riskini artırıb"

568
Yens Stoltenberq: "Rusiyanın Zaporojye AES-nı ələ keçirməsi ərazidə nüvə qəzasının baş verməsi riskini artırıb"
Dinləmək üçün basın

Rusiyanın Zaporojye atom elektrik stansiyasını ələ keçirməsi ərazidə nüvə qəzasının baş verməsi riskini artırıb.

 Rusiyanın Zaporojye atom elektrik stansiyasını ələ keçirməsi ərazidə nüvə qəzasının baş verməsi riskini artırıb.

InterPress.ge xəbər verir ki, bu barədə 
NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib.

"Zaporojye AES-in Rusiya qüvvələri tərəfindən ələ keçirilməsi bu obyektin təhlükəsizliyinə ciddi təhlükə yaradır və nüvə qəzası və ya insident riskini artırır. Bu, Ukrayna əhalisi, qonşu ölkələr və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır”, - Stoltenberq bildirib.

NATO baş katibinin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinə obyekti yoxlamağa və Rusiya qüvvələrinin çıxarılmasını təmin etməyə icazə verilməlidir.

Məlumat üçün bildirək ki, AES-in ətrafı mart ayından Rusiyanın nəzarətindədir. Nüvə obyekti cəbhə xəttinə yaxın ərazidə yerləşir və son həftələrdə bir neçə hücumun hədəfinə çevrilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →