—

Aluda Ğuduşauri müxalifətin Rusiya ilə viza rejiminin yaradılması tələbinə münasibət bildirdi

509
Aluda Ğuduşauri müxalifətin Rusiya ilə viza rejiminin yaradılması tələbinə münasibət bildirdi
Dinləmək üçün basın

"2008-ci il müharibəsindən sonra Saakaşvili şimal sərhədi yaxınlığında, Dariali vadisində gəzir, ruslara həvəslə viza verirdi, bundan sonra viza rejiminə yenidən baxılmalısını söyləməyə cəsarət edirlər, keçmişlərinə…

"2008-ci il müharibəsindən sonra Saakaşvili şimal sərhədi yaxınlığında, Dariali vadisində gəzir, ruslara həvəslə viza verirdi, bundan sonra viza rejiminə yenidən baxılmalısını söyləməyə cəsarət edirlər, keçmişlərinə baxsınlar, ayağımıza basmasınlar".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında parlament çoxluğunun üzvü Aluda Ğuduşauri müxalifətin Rusiya ilə viza rejiminin yaradılması tələbinə cavab verərkən deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının Gürcüstana girişində heç bir təhlükə yoxdur.

“Ölkə əhalisinin unutqan olduğunu düşündükləri üçün özlərini gülməli və komik vəziyyətə qoturlar. Camaat hələ də şokdan çıxmırdı ki, o vaxt ölkənin birinci adamı Saakaşvili bölgə qubernatoru ilə birlikdə ölkənin şimal sərhəddində, Dariali vadisində gəzirdi və giriş vizası verirdi. Bu faktdan sonra cəsarət edib boş-boş danışırlar ki, viza rejiminə yenidən baxılmalıdır. Onlar öz keçmişlərinə baxsınlar, ayağımıza basmasınlar, kənara çəkilsinlər və ölkənin inkişafına imkan versinlər.  Gürcüstanın gələcəyi üçün heç bir təhlükə yoxdur”, - Ğuduşauri bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →