—

Ədliyyə Nazirliyi tərəfindən yeni platforma yaradılır

453
Ədliyyə Nazirliyi tərəfindən yeni platforma yaradılır
Dinləmək üçün basın

Nazirlik sistemində aparılan islahatlara, qanun yaradıcılığı fəaliyyətinə, siyasi sənədlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə akademik dairələri və elmi ictimaiyyəti cəlb etmək məqsədilə Ədliyyə Nazirliyi…

Nazirlik sistemində aparılan islahatlara, qanun yaradıcılığı fəaliyyətinə, siyasi sənədlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə akademik dairələri və elmi ictimaiyyəti cəlb etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yeni platforma yaradılır. Ədliyyə naziri Rati Breqadzenin qərarına əsasən, qurumun nəzdində hüququn müxtəlif sahələri üzrə tanınmış mütəxəssislərdən ibarət elmi-məsləhət şurası yaradılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Elmi Məsləhət Şurası ədliyyə nazirinə təqdim olunacaq qanun layihələrini, konsepsiyaları, nəticə və rəyləri hazırlayacaq; Bu elmi və ekspert təklifləri Ədliyyə Nazirliyinin müxtəlif fəaliyyət sahələrində nəzərə alınacaq.

Qanun yaradıcılığı prosesinin elmi nəticələrə və analitikaya əsaslanan təşviqi Ədliyyə Nazirliyinin 10 illik strategiyasının əsas prioritetlərindən biridir. Bu məqsədlə ötən il ikidilli “Ədalət” hüquq jurnalı təsis edilib ki, bu jurnal rüblük, resenziyalı nəşrdir. Elmi Məsləhət Şurasının iclasında rəmzi olaraq jurnalın 2-ci nömrəsinin təqdimatı keçirilib.

Şuranın üzvlərinə Ədliyyə Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin hüquq fakültələrinin rəhbərləri və professorlar daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →