—

Qardabanidə iki yeniyetmə qızı axtarırlar

1,486
Qardabanidə iki yeniyetmə qızı axtarırlar
Dinləmək üçün basın

Qardabani bələdiyyəsinin Vaziani kəndində iki yeniyetmə qızı axtarırlar.

InterPress.ge xəbər verir ki, 12 yaşlı Lana Lukyanova və 13 yaşlı Sveta Tsovreli itkin düşüb.  

Məlumata görə, artıq 4-cü gündür ki, itkin düşən azyaşlıları axtarırlar.

Azyaşlıların xalası bildirib ki, qızlar mağazaya getdiklərini deyiblər, bundan sonra evə qayıtmayıblar. Yaxınlarının sözlərinə görə, onlar artıq hüquq-mühafizə orqanına müraciət ediblər və polis azyaşlıları axtarır.

Xalanın verdiyi məlumata görə, yeniyetmə qızları Mtsxetada, sonra isə Tbilisidə, Vağzal meydanında görüblər.  Qızlar telefonlarını evdə qoyduğu üçün onlarla mobil əlaqə yaratmaq mümkün deyil.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →