—

Rustavidə 11 yaşlı uşağı pitbul dişləyib

814
Rustavidə 11 yaşlı uşağı pitbul dişləyib
Dinləmək üçün basın

Rustavidə 7-ci mikrorayonda 11 yaşlı uşağı pitbul dişləyib.

InterPress.ge xəbər verir ki, məlumatı “İnfo Rustavi” yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı həyətdə oynayarkən qarajın qapılarından birini açıb və orada pitbul olub. İt qapını açan kimi oğlana hücum edərək onu dişləyib.  Hadisə şahidlərinin sözlərinə görə, həyətdəkilər uşağı itin əlindən ala biliblər, bu zaman bir neçə nəfər yüngül xəsarət alıb, pitbulu isə yenidən qaraja kilidləyiblər.

Xəsarət alan 11 yaşlı uşaq təcili tibbi yardım briqadası tərəfindən şəhərin mərkəzi klinikasına çatdırılıb.

Tibb müəssisəsindən bildirilib ki, uşağın bədəninin müxtəlif nahiyələrində bir neçə dişləmə izi var, lakin həyati təhlükəsi yoxdur və ona bütün lazımi tibbi yardım göstərilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →