—

Azərbaycanda azad olunmuş torpağlara məcburi köçkünlərin köçürülməsi davam edir

577
Azərbaycanda azad olunmuş torpağlara məcburi köçkünlərin köçürülməsi davam edir
Dinləmək üçün basın

Bu gün daha 10 ailə, təxminən 48 nəfər Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə yola salınıb.

Bu gün daha 10 ailə, təxminən 48 nəfər Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə yola salınıb.

InterPress.ge xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan sakinlər sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.

Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib, qazilərə can sağlığı diləyib.

Qeyd edək ki, proses 4 mərhələdən ibarətdir. Növbəti mərhələdə daha 11 ailə yola salınacaq. Beləliklə də Zəngilana köçürülən sakinlərin sayı 200-ə çatacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →