—

"Omikron ştammı ilə əlaqəli koronavirus hallarının əksəriyyəti yüngüldür və xəstəxanaya yerləşdirmə tələb etmir" - Qabunia

352
"Omikron ştammı ilə əlaqəli koronavirus hallarının əksəriyyəti yüngüldür və xəstəxanaya yerləşdirmə tələb etmir" - Qabunia
Dinləmək üçün basın

"Hal-hazırda dövriyyədə olan Omikron ştammı ilə əlaqəli koronavirus hallarının əksəriyyəti yüngüldür və xəstəxanaya yerləşdirmə tələb etmir".

"Hal-hazırda dövriyyədə olan Omikron ştammı ilə əlaqəli koronavirus hallarının əksəriyyəti yüngüldür və xəstəxanaya yerləşdirmə tələb etmir".

InterPress.ge xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

Onun sözlərinə görə, "Omikron" ştammını xarakterizə edən simptomlar burun axması, öskürək, temperaturun artması, ümumi zəiflik, ishaldır.

Onun sözlərinə görə, ailə həkiminin göstərişi nəzərə alınaraq virusun müalicəsi evdə, əlavə müayinə və xəstəxanaya yerləşdirilmədən davam etdirilməlidir.

“Bunlar soyuqdəymə və qrip zamanı insanda ola biləcək əlamətlərdir.  Belə bir vaxtda əlavə müayinələrə və xəstəxanaya yerləşdirməyə ehtiyac yoxdur”, - deyə Tamar Qabunia bildirib.

Nazir müavininin sözlərinə görə, son bir həftə ərzində virusa yoluxma hallarında kəskin artım olmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →