Poniçalada (Soğanlıq) qətl hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, oğul anasına bıçaqla ağır xəsarətlər yetirib və yanında olan bir nəfəri öldürüb.
Yaralı qadın təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti ağırdır. Yerli sakinlərin sözlərinə görə, cinayətkar hadisə yerindən qaçıb.
