—

Polis qanunsuz odlu silah və sursat götürdü - 5 nəfər saxlanıldı

742
Polis qanunsuz odlu silah və sursat götürdü - 5 nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Mərkəzi Kriminal Polis İdarəsinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Senaki rayon şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Mərkəzi Kriminal Polis İdarəsinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Senaki rayon şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 5 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, əvvəllər analoji cinayət törətdiyinə görə məhkum olunmuş 1983-cü il təvəllüdlü U.Q., əvvəllər oxşar cinayət törətdiyinə görə məhkum olunmuş 1981-ci il təvəllüdlü İ.K., əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1980-ci il təvəllüdlü L.Ğ., 1982-ci il təvəllüdlü M.Ğ.  və 1994-cü il təvəllüdlü D.M qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlanılıb.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →