—

İrakli Ğaribaşvili Ermənistanın xarici işlər naziri ilə görüşdü

351
İrakli Ğaribaşvili Ermənistanın xarici işlər naziri ilə görüşdü
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Məlumata görə, söhbət zamanı əsas müzakirə olunan məsələ Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə həyata keçiriləcək görüşü olub.  İrakli Ğaribaşvili vurğulayıb ki, gələcəkdə dialoqun müsbət dinamikasını inkişaf etdirmək vacibdir.

Görüşdə sülhsevər qonşuluq təşəbbüsü müzakirə edilib və onun regional münasibətlərin normallaşmasına yardımda rolu vurğulanıb.

Həmçinin, Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən iqtisadi və ikitərəfli ticarət əlaqələrinə diqqət yetirilib. 

“Onlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.  Bölgədəki mövcud vəziyyətdən danışan hökumət başçısı və Ermənistan Respublikasının xarici işlər naziri çətinliklərin öhdəsindən gəlmək üçün birgə səylərin göstərilməsinin vacib olduğunu qeyd ediblər.

Hökumət başçısı Ararat Mirzoyana Ermənistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vahe Qevorqyan və Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iştirak ediblər”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →