—

Tamar Qabunia: "Dünyanın aparıcı Xəstəliklərə Nəzarət Mərkəzlərinin heç biri 18 yaşdan yuxarı insanlara ikinci "buster" dozasının universal istifadəsini tövsiyə etməyib"

406
Tamar Qabunia: "Dünyanın aparıcı Xəstəliklərə Nəzarət Mərkəzlərinin heç biri 18 yaşdan yuxarı insanlara ikinci "buster" dozasının universal istifadəsini tövsiyə etməyib"
Dinləmək üçün basın

"COVID-19-a qarşı əlavə "buster" dozası ilə bağlı ABŞ və Avropadakı Xəstəliklərə Nəzarət Mərkəzləri vurğulayırlar ki, 50 yaşdan yuxarı və xroniki xəstəliyi olanlar üçün ikinci gücləndirici doza tövsiyə olunur - indiyə…

"COVID-19-a qarşı əlavə "buster" dozası ilə bağlı ABŞ və Avropadakı Xəstəliklərə Nəzarət Mərkəzləri vurğulayırlar ki, 50 yaşdan yuxarı və xroniki xəstəliyi olanlar üçün ikinci gücləndirici doza tövsiyə olunur - indiyə qədər bu təşkilatların heç biri 18 yaşdan yuxarı insanlara ikinci “buster” dozasının universal istifadəsini tövsiyə etməyib".

InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia məlumat verib.

Onun bəyan etdiyinə görə, Gürcüstan Səhiyyə Nazirliyi protokola uyğun hərəkət edir və buna əsasən, 50 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər, həmçinin tibb işçiləri üçün əlavə “buster” dozasına icazə verilir.

Nazir müavininin qeyd etdiyinə görə, xaricə səfər edənlər bu halda istisnadır və səfər etdiyi ölkə əlavə "buster" dozasının tətbiqi tələb etdikə yaşından asılı olmayaraq ikinci gücləndirici doza ilə peyvənd edilməyə icazə verilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →