—

Gürcüstanda mal-qaranın tranziti üçün regional mərkəz tikiləcək

1,236
Gürcüstanda mal-qaranın tranziti üçün regional mərkəz tikiləcək
Dinləmək üçün basın

Gürcüstanın Ozurgeti şəhərində Avstraliya, ABŞ, Cənubi Amerika və Avropa ölkələrindən Qafqaz, Mərkəzi Asiya və İrana diri çəkidə iri və xırdabuynuzlu mal-qara tranziti üçün logistika mərkəzi inşa ediləcək.

InterPress.ge xəbər verir ki, Batumi limanına gətirilən mal-qaranın qeyd edilən ölkələrə paylanması üçün inşa ediləcək mərkəzin eyni vaxtda 4 min baş heyvan yükləmək potensialı olacağı bildirilir.

Sərmayə dəyəri 10 mln. lari (3,5 mln. ABŞ dolları) olan logistika mərkəzinin inşasında əsas tərəfdaş Qazaxıstandır. Logistika mərkəzinin illik dövriyyəsinin 250 mln. lari (87,7 mln. dollar) olacağı və illik 100 min baş mal-qaranın tranzitini həyata keçirəcəyi bildirilir.

Layihənin təqdimat mərasimində Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən, həmçinin Azərbaycan, Avstraliya və Kanadadan olan sektor nümayəndələri iştirak ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →