—

Amerikanın ekspertiza bürosu Saakaşvilinin analizlərinin göndərilməsini tələb edir

812
Amerikanın ekspertiza bürosu Saakaşvilinin analizlərinin göndərilməsini tələb edir
Dinləmək üçün basın

Bir sıra Amerika ekspertizası büroları Saakaşvilinin analizlərinin dərhal göndərilməsini tələb edir və Gürcüstanın üçüncü prezidentinin sağlamlıq araşdırmalarında iştirak etməyə hazır olduqlarını bildirirlər. Üçüncü…

Bir sıra Amerika ekspertizası büroları Saakaşvilinin analizlərinin dərhal göndərilməsini tələb edir və Gürcüstanın üçüncü prezidentinin sağlamlıq araşdırmalarında iştirak etməyə hazır olduqlarını bildirirlər. Üçüncü prezidentin vəkilləri məktubu bu gün Vaşinqtondan alıblar.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin hüquq müdafiəçiləri hazırda "Empatiya" mərkəzinin ekspert rəyini Amerika tərəfinə göndərmək üçün gözləyirlər.

Eyni zamanda "Viva Medinin baş həkimi Zurab Çxeidze deyib ki, Mixail Saakaşvili klinikada bir sıra təhlillər aparılıb və təhlillər yenədə mərhələli şəkildə həyata keçiriləcək.

"Lazım olan bütün əlavə tədqiqatlar aparılıb. Sağalma prosesi, bildiyiniz kimi, dinamikdir. Ona görə də zaman keçdikcə əlavə tədqiqatların aparılması zərurəti yaranır.

İndiki mərhələdə Saakaşvilini Rustavi həbsxanasına qaytarmağın mümkün olub-olmaması barədə düşünməmişəm. Bizim üçün ən vacibi xəstəni müalicə etməkdir",- Zura Çxeidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →