—

“Qapalı məkanlarda maska ​​taxmağı tövsiyə edirəm” - Amiran Qamğrelidze

864
“Qapalı məkanlarda maska ​​taxmağı tövsiyə edirəm” - Amiran Qamğrelidze
Dinləmək üçün basın

“Qapalı məkanlarda maska ​​taxmağı tövsiyə edirəm”.

“Qapalı məkanlarda maska ​​taxmağı tövsiyə edirəm”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.

Onun sözlərinə görə, son iki həftə ilə müqayisədə yeni koronavirusa yoluxma hallarının sayı təxminən iki yarım dəfə artıb ki, bu da “Omikron”un yeni ştammları ilə bağlıdır.

Qamğrelidzenin bəyan etdiyinə görə  BA.4 və BA.5 ştammları  çətin gedişatla xarakterizə olunmasa da, sürətlə yayılır.

“Bu, təkcə Gürcüstanda baş vermir.  Qlobal miqyasda və əksər Avropa ölkələrində, 42 ölkədə halların artması müşahidə edildi.  Bu, əsasən "Omikron"nun yüksək ötürmə qabiliyyəti ilə səciyyələnən BA.4 və BA.5 adlanan ştammları ilə bağlıdır.

Ağırlaşma tendensiyası yoxdur.  Xəstəliyə yoluxanların 7-8 faizi xəstəxanaya yerləşdirilir, lakin halların sayı artarsa, xəstəxanalara təzyiq də artacaq.  Hazırda xəstəxanada təxminən 350 xəstə var”, - deyə Amiran Qamğrelidze bildirib.

 Qamğrelidze vətəndaşları peyvənd olunmağa çağırıb və deyib ki, bu gün ölkədə immun təbəqə azalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →