—

ABŞ səfiri: Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb etməyə çalışmır

418
ABŞ səfiri: Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb etməyə çalışmır
Dinləmək üçün basın

"Birbaşa Rusiya Federal Təhlükəsizlik Xidmətinin dezinformasiya təlimatından gələn qeyri-ciddi rəvayətə cavab vermək istəyirəm. Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı Rusiyanın Ukraynaya qarşı…

"Birbaşa Rusiya Federal Təhlükəsizlik Xidmətinin dezinformasiya təlimatından gələn qeyri-ciddi rəvayətə cavab vermək istəyirəm. Mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə cəlb etməyə çalışmır. ABŞ bu müharibəni heç bir yerə yaymaq istəmir və müharibəni tez bir zamanda dayandırmaq üçün əlindən gələni edir".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

O bildirib ki, bu amansız və aqressiv müharibəni Putin başladıb və o, onu dayandıra bilər.

“ABŞ və Avropa Gürcüstana Avro-Atlantik inteqrasiya yolunda kömək etmək üçün əlindən gələni edir və biz bunu davam etdirəcəyik. Məncə, gürcülərin xatırlaması çox vacibdir ki, Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub, sizin dilinizi öldürməyə çalışan Rusiyadır, kilsələrinizi heyvanlara tövlə kimi istifadə edib sizi təhqir edən Rusiyadır.

Əgər Rusiyanın dostluğunun Gürcüstan üçün nə demək olduğu ilə bağlı suallar yaranırsa, o zaman bunu görmək üçün inzibati sərhədə baxmaq kifayətdir", - deyə səfir bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →