—

ABŞ səfiri: Növbəti 6 ay mühüm fürsət olacaq, itirməyə vaxt yoxdur

468
ABŞ səfiri: Növbəti 6 ay mühüm fürsət olacaq, itirməyə vaxt yoxdur
Dinləmək üçün basın

"Biz gördük ki, hökumət qanunları tez qəbul edə bilir, məsələn, Dövlət Müfəttişliyi Aparatının sürətlə ləğv edilməsində gördüyümüz kimi. Biz bilirik ki, hökumət istədiyi zaman tez hərəkət edə bilər".

"Biz gördük ki, hökumət qanunları tez qəbul edə bilir, məsələn, Dövlət Müfəttişliyi Aparatının sürətlə ləğv edilməsində gördüyümüz kimi.  Biz bilirik ki, hökumət istədiyi zaman tez hərəkət edə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Onun sözlərinə görə, gürcü xalqı Avropa İttifaqının tövsiyələrini həyata keçirmək istəyir ki, bu da Gürcüstana Aİ-yə üzvlük statusunun verilməsinə imkan yaradacaq.

“Biz onu da bilirik ki, gürcü xalqı bu islahatları Gürcüstanın Aİ üzvlüyünə hazırlanması üçün istəyir.  Birləşmiş Ştatlar bu prosesdə Gürcüstana hər cür kömək etməyə hazırdır.

Növbəti 6 ay bu prosesə başlamaq üçün çox vacib bir fürsət olacaq və itirməyə vaxt yoxdur. Mən bilirəm ki, gürcü xalqı, vətəndaş cəmiyyəti, müxalifət partiyaları, eləcə də hökumətin bəzi üzvləri bu tövsiyələr üzərində işə başlamaq istəyirlər. Hamı Gürcüstanla bağlı müsbət hesabat görmək istəyir", - Kelli Deqnan deyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →