—

Marneuli meriyasının nümayəndəsi Marneulidə binanın eyvanının çökməsi ilə bağlı açıqlama verdi

952
Marneuli meriyasının nümayəndəsi Marneulidə binanın eyvanının çökməsi ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Marneuli Bələdiyyəsinin İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani iyunun 26-da eyvanı çökən binada qanunsuz işlərin aparılmadığını bildirib.

Marneuli Bələdiyyəsinin İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani iyunun 26-da eyvanı çökən binada qanunsuz işlərin aparılmadığını bildirib.

InterPress.ge xəbər verir ki, dünən Marneulidə binanın eyvanı çöküb və bu zamanı iki nəfər həlak olub. 

Meriyanın verdiyi məlumata görə, bina qəzalı vəziyyətdə olmayıb.

“Sözügedən çoxmənzilli yaşayış evində heç bir qanunsuz tikili olmayıb, baş verənlərlə bağlı hər hansı müraciət olmayıb.  Əldə etdiyimiz məlumata görə, bu yaşayış binası qəzalı vəziyyətdə deyildi. Hazırda müvafiq sahədə akkreditə olunmuş təşkilat tərəfindən araşdırma aparılır və biz İstintaq Xidmətinin yekun rəyini gözləyirik”, - deyə Marneuli meriyasının nümayəndəsi bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →