—

Tbilisidə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO

573
Tbilisidə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO
Dinləmək üçün basın

Gürcüstanda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib.

Gürcüstanda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları və hərbi attaşe aparatının zabitləri, eləcə də Türkiyənin bu ölkədəki səfirliyinin hərbi attaşe aparatının rəhbəri albay Burak Altınay və aparatın zabitləri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri düzülüb.

Parka gələn turistlərə və şəhər ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →