—

Qardabanidə Rusiya vətəndaşını balta ilə öldürən şəxs tutuldu - VİDEO

1,419
Qardabanidə Rusiya vətəndaşını balta ilə öldürən şəxs tutuldu - VİDEO
Dinləmək üçün basın

Gürcüstanın Qardabani rayonunun Martkopi kəndindəki monastrda ötən gün qətl törədən şəxs saxlanılıb.

Gürcüstanın Qardabani rayonunun Martkopi kəndindəki monastrda ötən gün qətl törədən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyiməlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan keçmiş məhkum, 1969-cu il təvəllüdlü şəxs monastr ərazisində 1958-ci il təvəllüdlü Rusiya vətəndaşını boyun nahiyəsindən balta ilə ölümcül yaralayıb və hadisə yerindən qaçıb.

Qətli törədən şəxs hadisədən sonra qısa vaxt ərzində saxlanılıb və balta maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq davam etdirilir. Saxlanılan şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →