—

“Gürcü Arzusu”nun sədri Mixeil Saakaşvilinin bəyanatına münasibət bildirdi

1,345
“Gürcü Arzusu”nun sədri Mixeil Saakaşvilinin bəyanatına münasibət bildirdi
Dinləmək üçün basın

"Saakaşvili neçə illərdir nəyisə xəyal edir, indi həbsxanadan xəyal edir, həbsxanadan əvvəl çöldə xəyal edirdi, bu xəyalları yerinə yetmir - heç bir halda texniki hökumət və növbədənkənar seçkilər olmayacaq".

"Saakaşvili neçə illərdir nəyisə xəyal edir, indi həbsxanadan xəyal edir, həbsxanadan əvvəl çöldə xəyal edirdi, bu xəyalları yerinə yetmir - heç bir halda texniki hökumət və növbədənkənar seçkilər olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçmiş prezident Mixeil Saakaşvilinin texniki hökumətin formalaşdırılması ilə bağlı bəyanatına cavab olaraq bildirib.

Kobaxidzenin sözlərinə görə, “Bakuriani planı həyata keçməyəcək”.

“Qütbləşmənin azaldılması Avropa Komissiyasının əsas tələbi idi və bütün bu mesajlar qütbləşməni stimullaşdırmağa xidmət edir. Onlar birbaşa Avropa və onun ilk tələbinə qarşı çıxırlar. Onlar Avropanı istəmirlər - bu, reallıqdır, onların əsl məzmunudur. Bütün bu ideyalar – hakimiyyət dəyişikliyi, növbədənkənar seçkilər, texniki hökumət və s. qütbləşmə ritorikasının davamıdır və onlar bununla birbaşa Avropaya qarşı çıxırlar”, - Kobaxidze deyib.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” sosial şəbəkəsində Avropa Birliyinin nəzarəti altında gürcü millətinin iradəsini ifadə edən seçkiləri keçirəcək texniki hökumətin formalaşdırılmasının lazım olduğunu yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →