Rustavidə üç nəfərə xəsarət yetirdiyinə görə saxlanılan 18 yaşlı gəncə bu gün rəsmi ittiham irəli sürüləcək, bundan sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.
InterPress.ge xəbər verir ki, saxlanılan gənc mübahisə edərkən 3 nəfəri bıçaqlayıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, bu mərhələdə onların həyatları artıq təhlükə altında deyil.
Saxlanılan şəxsin günahı sübuta yetirilərsə, onu uzun müddət həbs cəzası gözləyir.
