—

DİN əməkdaşları Şida Kartlidə oğurluq ittihamı ilə bir nəfəri saxladı

717
DİN əməkdaşları Şida Kartlidə oğurluq ittihamı ilə bir nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin Qori rayon şöbəsinin əməkdaşları 2003-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda şərti cəza çəkən D.V.-ni saxlayıblar. O, oğurluqda ittiham olunaraq həbs…

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin Qori rayon şöbəsinin əməkdaşları 2003-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, hazırda şərti cəza çəkən D.V.-ni saxlayıblar. O, oğurluqda ittiham olunaraq həbs edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Qoridəki Müqəddəs Nikolay kilsəsini qarət edib, 2 qutu qurbanlıq pul oğurlayıb, həmçinin şam satışından əldə etdiyi pulu mənimsəyib.

Bu cinayətə görə maksimum 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Oğurluq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →