—

Gürcüstanın baş naziri hökumət nümayəndələri ilə birlikdə Ermənistanda səfərdədir

385
Gürcüstanın baş naziri hökumət nümayəndələri ilə birlikdə Ermənistanda səfərdədir
Dinləmək üçün basın

Baş nazir İrakli Ğaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə Gürcüstan hökumətinin üzvləri ilə birlikdə Ermənistanda bir günlük işgüzar səfərdədir.

Baş nazir İrakli Ğaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə Gürcüstan hökumətinin üzvləri ilə birlikdə Ermənistanda bir günlük işgüzar səfərdədir.

InterPress.ge xəbər verir ki, səfər çərçivəsində İrakli Ğaribaşvili Dilicanda Nikol Paşinyanla işgüzar görüş keçirib. 

Həmkarlar Gürcüstan və Ermənistan arasında mövcud siyasi və iqtisadi əlaqələri müzakirə ediblər. İki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulandı.

"Söhbət zamanı tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.

Onlar həmçinin iki ölkə arasında gələcək əməkdaşlığa və mövcud yaxın və dostluq əlaqələrinin dərinləşməsinə hazır olduqlarını bildiriblər", - Baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →