—

Qamğrelidze: Gürcüstanda meymun çiçəyi ilə bağlı araşdırma bu gün başa çatacaq

361
Qamğrelidze: Gürcüstanda meymun çiçəyi ilə bağlı araşdırma bu gün başa çatacaq
Dinləmək üçün basın

Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, Gürcüstanda meymun çiçəyi ilə bağlı araşdırma bu gün başa çatacaq.

Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, Gürcüstanda meymun çiçəyi ilə bağlı araşdırma bu gün başa çatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Qamğrelidze jurnalistlərə bildirib.

Qamğrelidzenin qeyd etdiyinə görə, hazırda Luqar Mərkəzi “Meymun çiçəyi” ilə bağlı yalnız bir halı araşdırır.

Eyni zamanda, Qamğrelidzenin sözlərinə görə, mərkəz indiyədək 4 halı araşdırıb, onlardan 3-ü mənfi nəticə verib, bir halda isə dərin araşdırmaların aparılması zərurəti yaranıb.

"Araşdırma bu gün yekunlaşacaq və ictimaiyyətə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriləcək. Qeyd olunan pasiyentin səyahət tarixi olub, onda kliniki və epidemioloji əlamətlər var. Vəziyyəti ağır deyildi və müalicədən sonra evə buraxıldı”, - Qamğrelidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →