—

Polis bir nəfəri öldürən, üç nəfəri isə ağır yaralayan şəxsi Rustavidə saxladı

1,149
Polis bir nəfəri öldürən, üç nəfəri isə ağır yaralayan şəxsi Rustavidə saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları Kvemo Kartli Polis İdarəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları Kvemo Kartli Polis İdarəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü İ.Q.-ni ağırlaşdırıcı şəraitdə bir neçə nəfəri qəsdən öldürməyə cəhd etmək ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın 21-də Telavi bələdiyyəsinin Akura kəndində həmkəndliləri - 1976-cı il təvəllüdlü K.M. və 1986-cı il təvəllüdlü B.M.-ni, həmçinin onların anası, 1954-cü il təvəllüdlü E.M və öz oğlu 1993-cü il təvəllüdlü Q.Q.-ya ov tüfəngi ilə atəş açaraq hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində K.M. yerindəcə dünyasını dəyişib, xəstəxanaya qaldırılan yaralılara lazımi tibbi yardım göstərilib.

Ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə araşdırılır.

Cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →