"Sakartvelo Bank”ın Batumidəki filialına soyğunçu girib.
InterPress.ge xəbər verir ki, soyğunçu girov götürməyə cəhd edib və kassanın açılmasını tələb edib.
O, pulu götürə bilməyib və qaçıb.
Filiala hücum edən şəxs artıq saxlanılıb Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı iki maddə: Cinayət Məcəlləsinin 179-cu (soyğunçuluq) və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddəsi ilə istintaq başlanılıb.
“Sakartvelo Bank”ın sözügedən filialı artıq öz işini bərpa edib.
