—

Parlamentdə İrakli Kobaxidzenin bəyanatından sonra şifahi mübahisə yarandı

408
Parlamentdə İrakli Kobaxidzenin bəyanatından sonra şifahi mübahisə yarandı
Dinləmək üçün basın

İrakli Kobaxidzenin parlamentin plenar iclasında verdiyi bəyanatdan sonra deputatlar arasında mübahisə yaranıb.

İrakli Kobaxidzenin parlamentin plenar iclasında verdiyi bəyanatdan sonra deputatlar arasında mübahisə yaranıb.

InterPress.ge xəbər verir ki, müxalifət deputatları Kobaxidzenin bəyanatını zorakılığı təşviq edən kimi qiymətləndiriblər.

Sessiyada Xatuna Samnidze və Qiorqi Vaşadze Kobaxidzeyə müraciət edib ki, o, cəmiyyəti zorakılığa sövq etdiyinə görə niyə utanmır. “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze müxalif həmkarlarına cavab verib ki, İrakli Kobaxidzenin dedikləri doğrudur və ictimaiyyətə həqiqəti çatdırmaq lazımdır.

Plenar iclasda şifahi qarşıdurma bir neçə dəqiqə davam edib. Hazırda parlamentdə siyasi bəyanatlar verilir.

İrakli Kobaxidzenin sözlərinə görə, “Berdzenişvililər, Bokeriyalar, Saakaşvililər, Qvaramiyalar və başqaları ideoloji əcdadları olan bolşeviklərin 100 il əvvəl məhv etdiklərini təbliğatla məhv etməyə çalışan yeni dövrün bolşevikləridir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →