—

Türkiyə diplomatı ilk dəfə BMT Baş Assambleyasının sədri seçilib

629
Türkiyə diplomatı ilk dəfə BMT Baş Assambleyasının sədri seçilib
Dinləmək üçün basın

Türk diplomatı Volkan Bozkır BMT Baş Assambleyasının sentyabrda başlayacaq 75-ci sessiyasının sədri seçilib.

Türk diplomatı Volkan Bozkır BMT Baş Assambleyasının sentyabrda başlayacaq 75-ci sessiyasının sədri seçilib.

Bu barədə "İnterpress" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Onun namizədliyinin lehinə Baş Assambleyanın 193 üzvündən 178-i səs verib.

Volkan Bozkır Türkiyədən BMT Baş Assambleyasının sədri vəzifəsinə seçilmiş ilk diplomat olub.

O, bu vəzifədə 74-cü sessiyanın işinə rəhbərlik etmiş Nigeriyanın BMT yanında daimi nümayəndəsi Ticani Məhəmməd-Bandı əvəz edəcək.

Volkan Bozkır 1950-ci ilin 22 noyabrlnda Ankarada doğulub. Hazırda Bozkır Türkiyə parlamentinin xarici siyasət üzrə komitəsinə başçılıq edir. Daha əvvəl Avropa Birliyinin işlər üzrə naziri və Avropa Birliyi ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı vəzifəsini tutub.

O, demək olar, 40 ildir diplomatik xidmətdədir. Bozkır Almaniya, İraq, ABŞ və Rumıniyadakı türk diplomatik nümayəndəliklərində işləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →