—

Qardabanidə həmkəndlisini qətlə yetirən şəxs yaxalandı

1,943
Qardabanidə həmkəndlisini qətlə yetirən şəxs yaxalandı
Dinləmək üçün basın

DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları İ.K.-nı qəsdən adam öldürmə ittihamı ilə yaxalayıblar.

DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları İ.K.-nı qəsdən adam öldürmə ittihamı ilə yaxalayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, bu il mayın 26-da Qardabani bələdiyyəsində təqsirləndirilən İ.K. və onun həmkəndlisi, sərxoş vəziyyətdə olan 1992-ci il təvəllüdlü R.M. arasında  şifahi və fiziki qarşıdurma yaranıb, bu zaman R.M bıçaqla İ.K.-nin bədəninə xəsarət yetirib. Bundan sonra qisas almaq üçün  İ.K. avtomobilindən bıçaq çıxarıb R.M.- ya qarın nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı R.M. xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İ.K. polis tərəfindən hadisənin ertəsi günü yaxalanıb.

Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →