—

Baş nazir xaricdə yaşayan Gürcüstan vətəndaşları ilə bağlı təşəbbüs irəli sürdü

7,193
Baş nazir xaricdə yaşayan Gürcüstan vətəndaşları ilə bağlı təşəbbüs irəli sürdü
Dinləmək üçün basın

Baş nazir belə təşəbbüs irəli sürüb ki, diaspor nümayəndələri xaricdə gürcü pasportu alarkən Gürcüstanda mövcud olan qiymətlə almalıdırlar.

Baş nazir belə təşəbbüs irəli sürüb ki, diaspor nümayəndələri xaricdə gürcü pasportu alarkən Gürcüstanda mövcud olan qiymətlə almalıdırlar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Diaspor Gününə həsr olunmuş forumda bildirib.

"Səhv etmirəmsə, məsələn, illər ərzində xaricdə yaşayan diaspor nümayəndəsi üçün pasport almaq qiyməti 130 ABŞ dollar olub, Gürcüstanda isə bu qiymət 2 dəfə, 3 dəfə aşağı olub. Biz bu barədə danışdıq və cənab Rati Breqadzenin təşəbbüsü ilə bu tariflər bərabərləşdiriləcək. Biz heç bir bölgü aparmamalıyıq, Gürcüstanda və xaricdə yaşayan vətəndaşlar arasında fərq olmamalıdır", - deyə o söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →