—

Parlament sədri soyadların dəyişdirilməsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə görüş keçirib

597
Parlament sədri soyadların dəyişdirilməsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə görüş keçirib
Dinləmək üçün basın

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə “Tarixi-mədəni ənənələrə uyğun gəlməyən soyadın dəyişdirilməsi hüququ haqqında” qanun layihəsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə…

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə “Tarixi-mədəni ənənələrə uyğun gəlməyən soyadın dəyişdirilməsi hüququ haqqında” qanun layihəsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamenti bununla bağlı məlumat yayıb.

Onların sözlərinə görə, parlamentdə təşəbbüs edilən qanun Gürcüstan azərbaycanlılarının nümayəndələri üçün orijinal, yəni mədəni kimlik prinsipi əsasında soyad verilməsinin səmərəli mexanizminin yaradılmasını nəzərdə tutur.

İclasda qeyd edildiyinə görə, Rusiyanın ölkəmizdə hakimiyyəti dövründə Gürcüstanda yaşayan bəzi qrupların soyadları süni şəkildə yaradılıb.

Qanun layihəsinin qəbulu nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı müfəssəl prosedur formalaşdırılacaq, bunun nəticəsində müraciət edənlər qeyd olunan xidməti müvafiq dövlət qurumunda ala biləcəklər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →